Alimlər sübut etdi:
Palçıqda oynamaq uşaqlara xeyirdir
“Science Advances” jurnalının məlumatına görə, Helsinki Universitetinin alimləri bununla bağlı uzunmüddətli araşdırmalardan sonra belə qənaətə gəliblər.
Mütəxəssislər üç-beş yaşlı 75 uşağın iştirakı ilə bir sınaq keçiriblər.
Bir qrup uşaq meşə çəmənliyi əlavə edilən oyun meydançalarında oynayıblar, həmçinin meşəyə gəzintiyə çıxarılıblar.
Alimlər uşaqların torpağın üst qatındakı mikroblarla təmasın vacib olduğu qənaətinə gəliblər.