Yunanıstan geri çəkildi –
NATO qırıcıları Suriyada Türkiyəyə dəstək verəcək
NATO-nun Suriyada Türkiyəyə hava dəstəyi verməsinə veto qoyan Yunanıstan geri çəkilib.
Əsəd ordusu tərəfindən İdlibdə 34 türk əsgərinin öldürülməsindən sonra bölgədə yaranan vəziyyət rəsmi Afinanı “yumşaldıb”.
Məlumata görə, bölgədə yaranan yeni köç dalğasından sonra Yunanıstan NATO-nun Türkiyəyə hava dəstəyini əngəlləyən etiraz qərarını geri götürüb.
Bununla da NATO qırıcılarının Türkiyənın əməliyyatına hava dəstəyi mümkün olacaq.
Globall.az
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: