Türkiyə və Rusiya niyə üz-üzə gəldi? –
Ərdoğandan şok açıqlamalar
İdlibdə 34 türk əsgərinin şəhid edilməsi ilə qarşı-qarşıya gələn Türkiyə və Rusiya münasibətləri martın 5-də Moskvada keçirilən görüşdə yenidən normallaşdı. Lakin əsas məsələ Rusiya və Türkiyənin son 5 ildə yüksək səviyyədə inkişaf edən münasibətlərinin qəfil pisləşməsinin səbəbləridir.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Moskvadan qayıdanda təyyarədə jurnalistlərlə görüşdə bunun səbəblərini açıqlayıb.
Ərdoğan cavabında bildirib: “Əslində çox də fərqli heç nə olmayıb. Zaman-zaman beynəlxalq münasibətlərdə buna bənzər proseslər, enişlər, çıxışlar ola bilir. Bu, Rusiya ilə münasibətlərimizdə bəlkə də ən sonda gözləyəcəyimiz şeydir. Çünki indi Rusiya ilə olan münasibətlərimiz heç nəyə bənzəmir. Bir tərəfdə müdafiə sənayesində, digər tərəfdə enerji sektorunda, “Türk axını” layihəsində, turizmdə atdığımız addımlar var. Bunlar olduqca əhəmiyyətli məsələlərdir. İndiki dövrdə üçüncü ölkələrdə bərabər ata biləcəyimiz addımların planlaşdırılması dövrünü yaşayırıq. Görünür, haradasa aramızdan “qara pişik” keçib”.
“İsrail ola bilərmi?” – jurnalistlər soruşur.
“Yox, o qədər zəif deyil”, – Ərdoğan cavabında bildirib./publika.az