Bozoyan:
Türkiyə Suriyanı dağıdan dronlarını Bakıya verir – Video
Bunu erməni analitik Yervand Bozoyan deyib. O, Rusiya-Türkiyə münasibətlərində ən zəif həlqənin məhz Qarabağ olduğunu bildirib.
Bozoyan bu ərazilərin Rusiyanın “təhlükəsizlik çətirinə” daxil olmadığını söyləyib:
“Putinlə görüşdə gözlədiyindən daha az şey əldə edən Ərdoğan Qarabağ kartını oynayacaq. Türklər özlərinin Cənubi Qafqazdan olan qardaşlarına ən geniş yardımı göstərəcəklər. Ərdoğanın Bakıya səfəri zamanı tərəflər arasında hərbi-texniki müqavilə imzalandı. Buna əsasən, Ankara Bakını Suriyada uğurla istifadə edilən ən müasir pilotsuz uçan aparatlarla təchiz etməyə hazırlaşır. Ekspertlərin sözlərinə görə, cəmi 2 günə Türkiyə PUA-ları Suriyada 100-dən çox fərqli hərbi texnikanı məhv etdi”./axar.az