Azərbaycan sərhədinə 400 milyard çəyirtkə gəlir… –
Koronavirusdan daha böyük TƏHLÜKƏ! (VİDEO)
Globall.az bildirir ki, Ekoloq Telman Zeynalov Redaktor.az-a açıqlamasında çəyirtkələrin Azərbaycan ərazisinə də hücumunun mümkün olduğunu qeyd edib:
“Onlar üçün sərhəd qoyulmayıb. Hara gəldi keçə bilərlər. İndi hər yer quraqlıqdır, ona görə çöl çəyirtkələri də yem axtarırlar. Azərbaycandan da keçə bilərlər. Amma heç bir qorxusu yoxdur”.
Çəyirtkə hücumunun koronavirusdan daha təhlükəli olması fikrinə də münasibət bildirən ekoloq bildirib ki, deyilən hər sözə inanmaq lazım deyil:
“Kim nə deyirsə, hər sözə qulaq asmayın! Koronavirus bütün dünyanın iqtisadiyyatını çökdürə bilər. Çəyirtkə isə bir sezonluq gəlib, məhsulu yeyib, gedəcək. Qiymətlər qalxa bilər. Əgər çəyirtkələr kənd təsərrüfatı ərazilərinə hücum etsə, çörəyin qiyməti bahalaşacaq. Onlar əsasən taxılı məhv edirlər. Bu isə uzunmüddətli davam edə bilməz, çünki əldə etdikləri qidanı yedikdən sonra, çöl çəyirtkələri özlərinə başqa məkanlar axtarmağa başlayır”.