“Tramp ABŞ-ın maraqlarını satmış xaindir” –
Bayden
Baydenin sözlərinə görə, ABŞ hazırda öz tarixinin «zülmət» anlarını yaşayır.
«Prezident Tramp hakimiyyətdən sui-istifadə edib, andını pozub və bizim dövlətimizə xəyanət edib» – deyə, Barak Obamanın sabiq müavini «Tvitter»də qeyd edib.
Bayden hesab edir ki, aşağı palatanın üzvlərinin yarıdan çoxunun impicmentin lehinə səs verməsi ədalətlidir.
«ABŞ-da heç kim qanundan yuxarı dayana bilməz – hətta prezident də!» – Bayden qeyd edib.
Xəbər verildiyi kimi, böyük qismi demokratlardan ibarət olan Konqresin Nümayəndələr Palatası dünən uzun sürən debatladan sonra impicment çərçivəsində Trampı iki maddə ilə günahlandırıb: xidməti mövqeyindən sui-istifadə etmək və qanunvericilərin başlatdığı təhqiqatlara mane olmaq.
2020-ci ildə impicment barədə məsələ Senatda səsverməyə çıxarılacaq. Analitiklər ehtimal edirlər ki, impicment alınmayacaq.