“Qarabağda Çingiz xanla, Əmir Teymurla döyüşürük” –
Ermənistan prezidenti
Ermənistan prezidenti Armen Sarkisyan CNN telekanalına müsahibəsində Azərbaycanın işğal edilmiş ərazisində ordumuzunun keçirdiyi təmizləmə əməliyyatına münasibət bildirib.
Sarkisyan son günlər dünyaya təlqin etmək istədikləri, amma uğursuzluğa düçar olan iddianı təkrarlayıb. Savaş meydanında minlərlə mücahidin olduğunu bildirib.
Ermənistan prezidentinin işlətdiyi bir fikir isə daha gülməli olub. O “Bizim döyüşçülər indi Qarabağda Çingiz xana, Əmir Teymura qarşı vuruşur” deyib. Bununla, Qarabağda “Azərbaycan tərəfdən könüllü vuruşan mücahidlər” siyahısına yeni ştrixlər əlavə edib.
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: