Ötən ay nikaha daxil olmaq istəyən 46 nəfərdə sifilis, 9 nəfərdə QİÇS aşkarlanıb –
ETHT İnstitutunun direktoru
Bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Direktorun sözlərinə görə, onlardan 3393 nəfərdə talassemiya daşıyıcılığı, 297 nəfərdə sifilis, 135 şəxsdə isə QİÇS aşkarlanıb: “Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 43 olub. Təkcə noyabr ayı ərzində isə 10139 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 375 nəfərdə talassemiya daşıyıcılığı, 46 nəfərdə sifilis, 9 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub”.
Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 626215 nəfərdə qan müayinəsi aparılıb: “21628 cütlükdən birində talassemiya daşıyıcılığı, 232 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2025 nəfərdə sifilis, 590 nəfərdə HİV(QİÇS) qeydə alınıb”. (Report)