Türkiyədə 160 nəfər həbs edildi –
Tibbi ləvazimatları dəyərindən baha satdıqları üçün
Türkiyədə tibb ləvazimatlarını dəyərindən baha satan 160 nəfər həbs edilib.
Türkiyə hüquq-mühafizə orqanlarının 20 gündə 30 şəhərdə keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılan şəxslərdən 2 milyon 500 min maska, 142 min tibbi əlcək, 175 min 608 ədəd dezinfeksiyaedici qablaşdırılmış maye və maska hazırlanmasında istifadə olunan 50 min 700 metr parça aşkarlanıb./apa
Oxunub: 383
Xəbəri paylaş
Paylaş: