Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi kampaniyaya qoşuldu
"Əks-səda" Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctima Birliyi həyata keçirdiyi layihələrin aktualığını və ölkəmiz üçün önəmliliyini bir prinsip kimi həmişə nəzərdə saxlayıb. Dünyanın , eləcə də bizim ölkəmizin tamailə koronavirus təhlükəsinə qarşı səfərbər olduğu bir vaxtda biz də bu prosesdən kənarda qalmaq istəmirik. Bütün təcrübə və bacarığımızdan istifadə edərək bu bəladən ölkəmizin və vətəndaşlarımızın daha az zərər görməsi işinə öz töhfəmizi vermək istəyirik. İctimai birlik olaraq Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və REAL TV-nin koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə Qal, Cəmiyyəti Qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına könüllü şəkildə qoşulmağımızı bəyan edirik.
Sevinc Kərimova,
"Əks-səda" Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzinin sədri