Türkiyə qapıları, Almaniya isə kisənin ağzını açdı:
“Pul verək, qaçqınları tutun” – Angela Merkel (VİDEO)
Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi qərarla Türkiyə qaçqınlara Avropanın qapılarını açıb. Lakin qərar Avropada böyük narahatlığa səbəb olub. Yunanıstan qapılarına dayanan qaçqınlar Avropaya irəliləmək üçün böyük bir mübarizə verərkən avropalı liderlər üst-üstə Türkiyəyə zəng etməyə başlayıb.
Belə ki, Yunanıstana Ədirnə üzərindən keçən qaçqınların sayının 142 min 175 olması Avropanı narahat edib. Türkiyəyə ediləcək maliyyə dəstəyinin davam etdirilməsini istəyən Alman hökuməti, buna qarşılıq qaçqınların Türkiyədə qalmasını istəyir.
Oxunub: 355
Xəbəri paylaş
Paylaş: