Türkiyə 17 ölkə ilə sərhədi bağladı
Həmçinin bu ölkələrdən qayıdan Türkiyə vətəndaşlarının 14 günlük karantinə alınması barədə qərar qəbul olunub.
Qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin dəniz sərhədlərində də nəzarət gücləndirilib. Türkiyə limanlarına gələn gəmilər üçün 24 saat əvvəl edilməsi lazım olan bildirişin müddəti 48 saata qaldırılıb. Bundan əlavə, həmin gəmilər yan aldıqları son 10 liman və o limanlardan sərnişin götürüb-götürməməsi barədə məlumat verməlidir.
Ölkədə dövlət, sosial, idman tədbirləri də daxil olmaqla bütün mərasimlər təxirə salınıb.
Oxunub: 416
Xəbəri paylaş
Paylaş: