Hindistan ordusunda koronavirus aşkarlandı -
Yoluxan kəşfiyyatşının atası İranda olubmuş...
Hindistan ordusunun hərbçisi koronavirusa yoluxub.
Bu barədə NDTV məlumat yayıb.
Bildirilir ki, virus Ladakx vilayətində yerləşən Leh şəhərində, 34 yaşlı kəşfiyyatçıda aşkar edilib.
Məlumatda o da vurğulanır ki, hərbçi məzuniyyətdə olduğu zaman İrandan gələn atasından virusa yoluxub.
O, ailəsi ilə birgə karantinə yerləşdirilib.
Qeyd edək ki, indiyə qədər Hindistanda 147 nəfər koronavirusa yoluxub. 4 nəfər bu virusdan ölüb, 14 nəfər isə sağalıb.
Oxunub: 331
Xəbəri paylaş
Paylaş: