Rusiya Suriyada "yeni PKK" yaradır
Suriyada yaradılan yeni hərbi dəstə yüngül silahlarla və zəruri olarsa, ağır silahlarla təchiz ediləcək.
Globall.az Türkiyənin media mənbələrinə istinadən bildirir ki, artıq Türkiyə ilə sərhəd xəttində yerləşən Suriyanın Haseke şəhərinin Amude, Derbesiye və Til Temir rayonlarında hərbi dəstələrin yaradılmasına başlanılıb.
Bu dəstənin terror təşkilatı PKK/YPG-nin əvəzinə qurulduğu bildirilir.
Hərbi birləşmə Rusiyanın nəzarəti altında olacaq və bölgədəki rus hərbi polisinə yardım edəcək.
Alınan məlumata görə, Kamışlı hava limanında yeni qurumun təlimlərinə start verilib.
Suriyanın şimalındakı neft yataqlarına nəzarət edən ABŞ rəhbərliyi isə bir gün əvvəl İraq səması ilə bölgəyə yeni hərbi yüklər göndərib. Məqsəd həmin ərazidə nəzarəti gücləndirməkdir.