Suriya Livanla sərhədini bağladı
Suriya ölkədə ilk koronavirusa yoluxma halı təsbit edildikdən sonra Livanla sərhədləri bağlamaq qərarına gəlib.
“Ikhbariya” telekanalı xəbər verir ki, Suriyada koronavirusa yoluxma barəsində xəbəri ölkəni Səhiyyə naziri Nizar Yazici bildirib.
Sərhəddə yerləşən bütün keçid-buraxılış məntəqələri 23 mart saat 00:00-dan etibarən bağlanıb.
Qadağa yük avtomobillərinə şamil edilməsə də, bu avtomobillərin sürücüləri sərhəddə tibbi yoxlanışdan keçməli olacaqlar.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: