Ukraynadakı hərbi əməliyyatlar nə vaxt başa çatacaq?
- RUSİYA AÇIQLADI
“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir”.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, əməliyyatların nə vaxt başa çatacağı barədə dəqiq tarixi açıqlamayıb: “Əməliyyatlar vaxtında və tamamlandıqdan sonra başa çatacaq”.
D.Peskov həmçinin bildirib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür: “Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda, mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”. (report)
Oxunub: 219
Xəbəri paylaş
Paylaş: