Ukrayna ordusu kadırovçuların əksəriyyətini MƏHV ETDİ
Ukrayna ordusu müharibədə Rusiyaya dəstək verməyə gələn demək olar ki, bütün kadırovçuları məhv etdi.
Bunu “Ukrayna 24” telekanalının efirində Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fyodor Venislavski deyib.
“Özlərini cəsur və amansız əsgərlər kimi təqdim edən kadırovçuların əksəriyyəti, çeçenlər bu hibrid müharibənin ayrılmaz elementlərindən biridir. Onların hərbi əməliyyatlarda iştirakı əhali arasında çaxnaşma salmaq üçün nəzərdə tutulmuş informasiya xarakterli xüsusi əməliyyatdır. Rəsmi kəşfiyyat məlumatı var ki, ona görə 1000 nəfərə yaxın çeçen bölmələrindən biri Ukraynaya göndərilib. Onların böyük əksəriyyəti Tanrının hüzuruna gedib” - Venislavski bildirib.
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: