Rusiya nüvə silahına əl atacağı 4 vəziyyəti açıqladı
Müəyyən əsaslar var ki, Rusiya nüvə silahına əl ata bilər.
Gloabll.az xəbər verir ki, Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev ölkəsinin nüvə silahına əl ata biləcəyi bir neçə durumu açıqlayıb.
Birincisi, nüvə silahından istifadə etməklə Rusiyaya qarşı raket zərbələrinin endirildiyi vəziyyətdir.
İkincisi, Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı nüvə silahının fərqli istifadəsidir.Üçüncü hal Rusiyanın nüvə müdafiəsinin qarşısını alan mühüm infrastruktura müdaxilədir.
Dördüncüsü, xarici təcavüz nəticəsində nüvə silahından istifadə etmədən də Rusiyanın mövcuduluğunun təhlükə altına düşməsidir. Söhbət adi silahlardan gedir.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: