Kadırov Mariupolun tezliklə tam tutulacağını
BƏYAN ETDİ
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın mühasirədəki Mariupol şəhərində gedən döyüşlərin videosunu dərc edərək, şəhərin böyük hissəsinin rus hərbçilərinin nəzarətində olduğunu və onun tezliklə “millətçilərdən” tamamilə təmizlənəcəyini bildirib.
Kadırov Telegram-da bildirib: "Mariupolun böyük hissəsi Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir. Yerli əhali üçün davamlı humanitar yardımlar təşkil olunub. Əminəm ki, tezliklə şəhər iyrənc millətçilik fenomenindən tamamilə təmizlənəcək".
Martın 31-də Çeçenistan rəhbəri bildirmişdi ki, Mariupol artıq 90-95% tutulub və “azad edilmək üçün yalnız iri metallurgiya zavodu “Azovstal” qalıb”.
Kadırov şənbə günü hücumunun başladığını elan edib. (modern.az)
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: