Ukrayna Rusiyanın İTKİLƏRİNİ AÇIQLADI
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
Bildirilib ki, indiyədək 18 300-ə yaxın hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 647 ədəd tankı, 1 844 ədəd zirehli döyüş maşını, 330 ədəd artilleriya sistemi, 107 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 147 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1 273 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 92 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: