Rusiya müharibənin birinci mərhələsində uduzub - Reznikov
“Rusiya Ukraynanın müdafiəsini yarmağa nail ola bilmədi. Ukrayna müharibənin ilk turunda qalib gəlib, Rusiya uduzub. Amma indi resurslar istiqamətində rəqabət mərhələsinə qədəm qoyulub”.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
“Rusiyanın resurslarını Ukrayna ilə müqayisədə etmək düzgün deyil. Amma indi Ukrayna ordusuna başqa silahlar lazımdır. Hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri, uzun mənzilli artilleriya raket kompleksləri və s. Ukrayna NATO ölkələrinin istifadə etdiyi silahları tez bir zamanda əldə etməlidir”,- o bildirib.
Oxunub: 247
Xəbəri paylaş
Paylaş: