ABŞ Ukraynaya nə qədər silah göndərib?
Müharibənin ilk günündən etibarən ABŞ Ukraynaya 5000-dən çox "Javelin" tank əleyhinə raket sistemləri göndərib.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Pentaqonda keçirilən mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, 68 gün ərzində ABŞ Ukraynaya 15 milyard dollar dəyərində hərbi yardım göndərib.
Son 24 saat ərzində ABŞ Ukraynaya silahlarla dolu 14 təyyarə göndərib. Ümumilikdə 5 ölkədən Ukraynaya silahlar daşıyan 23 təyyarə gedib.
Brifinq zamanı bildirilib ki, 70-dən çox M777 artilleriya qurğusu artıq Ukraynadadır. Ukrayna ordusunun 200 hərbçisi M777 haubitsalar üzrə təlimlərdən keçiblər.
Eyni zamanda vurğulanıb ki, Ukraynaya 24 ədəd "Phoenix Ghost" pilotsuz uçuş aparatı təhvil verilib. Dronların istifadəsi üzrə təlimlər davam edir.
Məlumata görə, ABŞ-ın Ukrayna üçün ayırdığı bütün radarlar artıq çatdırılıb.