Lavrovun bəyanatı əks-effekt verdi: İsrail Ukraynaya hərbi yardımı artırır
Rusiya xarici işlər naziri Sergey Lavrovun antisemit yəhudilərlə bağlı son bəyanatından sonra İsrail hökuməti Kiyevə hərbi və humanitar yardımı artırmaq qərarına gəlib.
Globall.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb. Məlumata görə, yardımın artırılması əhəmiyyətli addım hesab edilir. Lakin xüsusi qeyd olunur ki, yardıma hava hücumundan müdafiə sistemləri, müasir silahlar və zərbə sistemləri daxil olmayacaq.
“Ukraynaya hərbi və humanitar yardımın artırılması ilə bağlı qərar çox güman ki, İsrailin Kremllə münasibətlərinin soyumasının nəticəsidir”, – qəzet yazır. (azpost.info)
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: