12 rus generalın ölümündə ABŞ-ın əli var -
İDDİA
Globall.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Bildirilir ki, fevral ayından indiyədək Rusiya ordusunun yüksək səviyyəli itkiləri kəşfiyyat fəaliyyətinin nəticəsidir.
Fevralın 24-dən bəri davam edən müharibədə həyatını itirən 12 rus generalından bəzilərinin ABŞ-ın verdiyi kəşfiyyat məlumatı ilə öldürüldüyü iddia edilir.
Bununla bağlı Rusiya və Ukrayna tərəfindən hər hansı açıqlama verilməyib.
Qəzet bildirir ki, ABŞ-dan Ukrayna ordusuna real vaxt rejimində verilən kəşfiyyat məlumatlarına Rusiya qoşunlarının tez-tez dəyişən mobil qərargahının yeri və Rusiyanın gizli hərbi birləşmələrinin hərəkəti daxildir. (modern.az)