Zelenski itə medal verdi
Ukrayna Prezidenti Volodimir Zelenski "Patron" adlı minaaxtaran iti və onun sahibini Rusiyanın işğala başladığı gündən bəri göstərdikləri fədakar xidmətlərə görə medalla mükafatlandırıb.
Globall.az xəbər verir ki, Zelenski bu barədə Kanadanın Baş naziri Castin Trüdo ilə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
“Torpaqlarımızı minalardan təmizləyən Ukrayna qəhrəmanlarını mükafatlandırmaq istəyirəm. Qəhrəmanlarımızla birlikdə nəinki partlayıcıları zərərsizləşdirməyə, həm də uşaqlarımıza mina təhlükəsi olan ərazilərdə lazımi təhlükəsizlik qaydalarını öyrətməyə kömək edən balaca istehkamçı – "Patronu" da mükafatlandırmaq istəyirəm”, - deyə Zelenski vurğulayıb. (modern.az)
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: