Putin Qırmızı meydandakı yürüşə atasının portreti ilə qatıldı - FOTO
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvadakı Qırmızı meydanda keçirilən “Ölməz alay” yürüşünə qatılıb.
Globall.az modern.az-a istinadən xəbər verir ki, yürüş zamanı Putin əlində atasının portretini tutub.
Prezident yürüş iştirakçıları ilə söhbət edib, onların əlini sıxıb.
“Ölməz alay” yürüşü İkinci Dünya Müharibəsi iştirakçılarının və qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Rusiyada keçirilən ümummilli aksiyadır. İlk dəfə 2012-ci il mayın 9-da yerli jurnalistlərin təşəbbüsü ilə Tomskda keçirilib, 2013-cü ildə isə ümummilli xarakter alıb.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş: