Rusiyalı əsirlərin yeni görüntüləri yayıldı
- FOTO
Müharibədə Ukrayna ordusuna əsir düşən rus əsgərlərin gözləri bağlı fotoları yayılıb.
Globall.az xəbər verir ki, Ukraynanın bu addımı Rusiyada qeyd edilən 9 May - Qələbə Gününə cavab kimi qiymətləndirilib.
Belə ki, Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyasını məğlub etməsinin 77-ci ildönümü Rusiyada böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Rusiya lideri Vladimir Putin Qələbə günü münasibətilə çıxışında Ukraynada döyüşləri davam etdirəcəklərini bildirərkən, qarşı tərəf böyük səs-küy yaradacaq görüntüləri tirajlayıb. Kadrlarda gözləri bağlı olan rus əsgərlər yer alıb. Ukraynanın bununla Rusiyaya müharibəni dayandırmaq haqqında açıq mesaj ötürdüyü bildirilir. (modern.az)
Oxunub: 270
Xəbəri paylaş
Paylaş: