ABŞ-da benzin qiyməti
REKORD HƏDDƏ BAHALAŞDI
ABŞ-da benzin qiyməti növbəti dəfə rekord vuraraq bir qallon (3,7 litr) üçün 4,4 dollara çatıb.
Globall.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyası bildirib.
Ölkədə bundan əvvəlki rekord mart ayında qeydə alınmışdı. O zaman benzinin bir qallonu 4,37 dollara çatmışdı. Assosiasiya nümayəndələrinin fikrincə, ABŞ-da benzinin bahalaşmasının səbəbi dünya neft qiymətlərinin 100 dollar həddini keçməsi ilə əlaqədardır.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: