Prezident və baş nazir Finlandiyanın NATO-ya üzv olmasına “hə” dedi
Finlandiya dərhal NATO-ya üzv olmaq üçün müraciət etməlidir.
Globalla.az modern.az-a istinadla xəbər verir ki, bunu ölkə Prezidenti Sauli Niinistö və Baş nazir Sanna Marin birgə bəyanatda bildiriblər.
“Finlandiya NATO-ya üzv olmaq üçün dərhal müraciət etməlidir. Ümid edirik ki, bu qərara çatmaq üçün hələ də lazım olan milli addımlar yaxın bir neçə gün ərzində sürətlə atılacaq”, - bəyanatda deyilir.
Bəyanatda o da qeyd edilir ki, NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək, alyansın üzvü olmaqla Finlandiya onu gücləndirəcək.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: