Rusiya fakt qarşısında: dəlillər ortaya qoyuldu -
Ordunun hərbi texnikasının peyk görüntüləri
Onlar rus ordusuna aid hərbi texnikanın Ukrayna ərazisində olduğunu göstərən peyk fotolarını yayıb.
Bununla bağlı açıqlanan hesabatda qeyd edilib ki, ATƏT-in Ukrayna xüsusi müşahidə missiyası rus ordusunun Ukraynada olduğunu göstərən dəlillər əldə edib.
“Martın 10-da Pilotsuz Uçuş Aparatı (PUA) təmas xəttindən 13 kilometr cənubda Luqansk şəhərində olan təsisatda ruslara aid RB-636 Svet-Ku, RB-341V Leer-3, R-934B Sinitsa modeli 3 ədəd elektron müharibə silahı müəyyən edib”,- raporda vurğulanıb.
16 mart tarixdə yayımlanan hesabatda qeyd edilib ki, ATƏT-ə aid mini PUA hökumət tərəfindən nəzarət edilməyən Luqansk bölgəsinin 9 kilometr məsafəsində olan Yuzhna-Lomuvatka yaxınlarında ruslara aid “Tirana-2” və R-330 model silah təsbit edib.
Hesabatda bəyan edilib ki, Rusiyanın Ukraynaya qarşı davam edən hücumçu mövqeyi və Donetsk ilə Luqanskda olan terrorçu qrupları dəstəkləməsi beynəlxalq sülh və təhlükəsizlik şərtlərinin açıq pozulması ilə yanaşı 3314 saylı BMT Təhlükəsizlik Şurasıın qərarının 3-cü maddəsinin pozulmasıdır və buna görə beynəlxalq məsuliyyət daşıyır.