Yəməndə 17 milyondan çox insan suya möhtac qalsa da...
koronavirusa yoluxan yoxdur
Beynəlxalq Qırmızı Xaç Komitəsi Yəməndə 17 milyondan çox insanın koronavirus pandemiyası dövründə təmiz suya möhtac qaldığını açıqlayıb.
“Anadolu” agentliyi məlumat verir ki, komitə “Twitter” hesabında koronavirus təhlükəsinin davam etdiyi zamanda təmiz suyun əlyetərliyinin əvvəlkindən daha vacib olduğunu vurğulayıb.
Yəmən Səhiyyə Nazirliyi, öz növbəsində, ölkədə yeganə koronaviruslu xəstənin sağaldığını açıqlayıb.
Qurumdan bildirilib ki, ölkədə koronavirusa yeni yoluxma halı aşkarlanmayıb.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya İdarəsi daha əvvəl COVID-19-un Yəməndə yayıldığını, lakin aşkar edilmədiyini bildirmişdi.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: