Türkiyədə GÜCLÜ MEŞƏ YANĞINLARI: 20 helikopter, 14 təyyarə cəlb edildi
Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunun Bördübet məhəlləsində dünən başlayan meşə yanğını yenidən alovlanıb.
Globall.az xəbər verir ki, yanğının söndürülməsinə həm yerdən, həm də havadan müdaxilə edilir.
250 hektar ərazini əhatə edən yanğının söndürülməsinə 20 helikopter və 14 təyyarə cəlb olunub.
Yanğının qarşısının alınmasında ümumilikdə 1494 yanğınsöndürən, 363 yanğınsöndürən maşın və 39 texnika iştirak edir. Ümumilikdə 1600 nəfər yanğının söndürülməsi istiqamətində çalışır.
Daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi və digər rəsmi şəxslər yanğın bölgəsindədir. (modern.az)
Oxunub: 259
Xəbəri paylaş
Paylaş: