Rusiyanın təyyarəsi Qazaxıstanda SAXLANILDI
Rusiyanın “Volga Dnepr Airalines” hava şirkətinə məxsus təyyarə Qazaxıstanda saxlanılıb.
Globall.az xəbər verir ki, Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında Urumçi - Nur-Sultan - Moskva kommersiya reysini həyata keçirən RA-82074 nömrəli təyyarə eniş edib.
Qazaxıstan Dövlət Gəlirlər Komitəsinin məlumatına görə, təyyarənin heyəti və onların nümayəndəsi gömrük əməliyyatlarının aparılması üçün uyğun sənədləri və məlumatları müəyyən edilmiş müddətdə təqdim etməyib: “Buna görə onlara iyirmi aylıq hesablama göstəricisi məbləğində cərimə nəzərdə tutulub”. (modern.az)
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: