Haftara ağır zərbə:
Bir şəhər geri alındı - Bazaları darmadağın edildi
Liviyada hökumət qüvvələri paytaxt Tripolidə qiyamçı Haftar ordusunun nəzarətində olan iki bölgəni geri alıb.
Bu barədə Liviya Milli Sülh Hökuməti açıqlama yayıb.
Məlumatda Haftar ordusunun Tripolinin cənubunda yerləşən Məşru və Hallatat mövqelərinin nəzarət altına alındığı bildirilib. Nəsmə bölgəsində isə qiyamçı qüvvələrin hərbçilərini daşıyan avtobus vurulub.
Bundan başqa Səbha şəhəri də, hökumətə tabe olduğu, habelə qiyamçıların Tripolinin cənubundakı Həmzə düşərgəsinin mühasirəyə alındığı açıqlanıb.
Əməliyyatlar zamanı Haftar ordusunun yanacaq daşıyan bir tankeri və bir tankı vurulub.
Oxunub: 451
Xəbəri paylaş
Paylaş: