Cənubi Koreya ilə KXDR-nın sərhədində atışma olub
Cənubi Koreyanın sərhəd postu demarkasiya xəttində Koreya Xalq Demokratik Respublikasının hərbçiləri tərəfindən atəşə tutulub.
Bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın qərargah rəislərinin komitəsinə istinadən xəbər verir.
“Bu gün yerli vaxtla səhər saat 07:41-də (Bakı vaxtı ilə saat 02:41) demarkasiya xəttinin mərkəzi hissəsində yerləşən sərhəd postuna bir neçə atəş açılıb. Cavab olaraq Cənubi Koreya tərəfi KXDR istiqamətində iki atəş atıb”, - məlumatda bildirilir.
Hadisə zamanı xəsarət alanların olmadığı qeyd edilir.
Oxunub: 369
Xəbəri paylaş
Paylaş: