Misir ordusundan xüsusi əməliyyat -
126 terrorçu öldürüldü
Misir ordusu terrorçulara qarşı 22 reyd və 16 xüsusi əməliyyat həyata keçirib.
“Report” xəbər verir ki, bunu ordu rəsmisi Tamez Əl-Rifai özünün “Twitter” səhifəsində yazıb.
Qeyd olunub ki, əməliyyatlar zamanı 126 terrorçu zərərsizləşdirilib.
“Hərbi əməliyyatlar zamanı 4 zabit, 3 kiçik zabit və 8 hərbçi terrorçuları ələ keçirərkən ölüb və yaralanıb” - deyə ikinci mesajda deyilir.
Oxunub: 280
Xəbəri paylaş
Paylaş: