Pakistanda son 3 ayda 2 dəfə fövqəladə vəziyyət -
Çin bu ölkəyə 100 min ördək göndərdi /FOTO
Sondakika.com xəbər verir ki, Pakistanda son üç ayda ikinci dəfə çəyirtkə sürülərinin əkin sahələrinə yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib.
Sind əyalətinin Heydərabad bölgəsində çəyirtkə işğalı kənd təsərrüfatı sahələrini məhv etdiyi üçün belə qərar verilib.
Türkiyə və İran ölkə səviyyəsində böyük əkinçilik sahələrini yox edən və milyonlarla insan üçün ərzaqla təminat riski yaradan çəyirtkə hücumlarına qarşı mübarizədə Pakistana əməkdaşlıq təklif ediblər.
Digər tərəfdən, Çin son aylarda çəyirtkə istilası ilə mübarizə aparmaq üçün Pakistana 100 min ördək göndərib. Hər ördək gündə 200-ə qədər çəyirtkə yeyir, məhsula isə toxunmur.