Fransa türk gəmiləri haqda məlumatları Haftara göndərir -
Skandal
Türk mediası xəbər verir ki, belə uğursuz situasiya ilə üzləşən Fransa Türkiyənin təsirini yox etmək məqsədilə öz planını həyata keçirməyə başlayıb.
Afrika İntellgence saytı xəbər yayıb ki, Emmanuel Makron hökuməti AB-ni gözləmədən Türkiyənin fəaliyyətini izləməyə başlayıb. Kəşfiyyat mənbələrinə istinad edilən xəbərdə Fransanın Liviyaya gedən türk gəmilərini izlədiyi və məlumat əldə etmək məqsədilə CAE hava şirkəti ilə anlaşdığı bildirilib.
Paris hökuməti bu şirkətdən Liviyada 2 il əvvəl istifadə edib. Beləcə kəşfiyyat təyyarələrinin topladığı məlumatlar Fransa tərəfindən qiyamçı Haftara ötürülüb.