Trampdan Türkiyə və F-35 açıqlaması:
“Ərdoğanla yaxşı münasibətlərimiz var, olmasa nə olacaq?”
ABŞ Prezidenti Donald Tramp dünyanın ən yaxşı döyüş təyyarəsi olan F-35-in Türkiyədə və dünyanın digər ölkələrində istehsal ediləcəyini açıqlayıb.
O, “Ərdoğanla yaxşı münasibətlərimiz var, olmasa nə olacaq” - deyib. Tramp Çinlə münasibətlərə də toxunub və hətta əlaqələri kəsə biləcəklərini bildirib:
“Çinə qarşı ata biləcəyimiz bir çox addım var. Çinlə bütün münasibətlərimizi kəsə bilərik. O zaman 500 milyard dollar qazanc əldə edə bilərik. Bununla bərabər, bütün məhsullarımızı ABŞ-da istehsal etməliyik” - deyə o, bildirib.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 müdafiə sistemləri almasının ardından Türkiyənin F-35 proqramından çıxarılacağını bildirmişdi.
Oxunub: 349
Xəbəri paylaş
Paylaş: