ABŞ-da yeni ştat yarana bilər -
Ada qubernatoru müvafiq qanun imzalayıb
ABŞ administrasiyasının nəzarətində olan Puerto Riko adası noyabrın 3-də referendum keçirəcək.
"Ria Novosti" xəbər verir ki, müvafiq qanun Puerto Rikonun qubernatoru Vanda Vaskes tərəfindən imzalanıb.
Referendumda vətəndaşlara sual veriləcək: "Puerto Riko dərhal ABŞ-a qəbul edilməlidir?".
Bildirək ki, 2019-cu ilin avqustunda ABŞ prezidenti Donald Tramp Puerto Riko adasının məsul şəxslərini tənqid etmişdi.
Oxunub: 427
Xəbəri paylaş
Paylaş: