Tehran təyyarəni səhvən vurduğunu etiraf etsə də...-
“Qara qutu” və təzminat məsələsi hələ də həll olunmayıb
“Sputnik”in məlumatına görə, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba bəyan edib.
Bundan əvvəl Ukrayna Baş Prokurorluğundan bildirilmişdi ki, “qara qutu”ların Kiyevə təhvil verilməsi məsələsi hələ də həll olunmamış qalıb.
Həmçinin o da vurğulanıb ki, İran tərəfi hüquqi məsuliyyət və təzminat məsələlərini müzakirə etmək istəyir.
Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə nəticəsində 176 nəfər həlak olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.