Liviya Milli Razılıq Hökuməti Haftarla barışıqdan imtina edib
Liviyanın Milli Razılıq Hökuməti ölkədə atəşin dayandırılmasından imtina edib. Çünki hesab edir ki, bu, Liviya Milli Ordusunun marşalı Xəlifə Haftarı məğlubiyyətdən xilas etmək cəhdidir.
Bu barədə Liviyanın Milli Razılıq Hökumətinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Məhəmməd əl-Kablaui RİA "Novosti" agentliyinə bildirib.
Daha əvvəl Liviya Milli Ordusu Ramazan ayı münasibətilə bir müddət döyüş əməliyyatlarını bir ay dayandırdığını elan edib.
"Milli Razılıq Hökuməti özünün barışıq üzrə əvvəlki mövqeyini elan etdi və ondan tamamilə imtina etdi, çünki bu, vaxtı udmaq və Haftarı bir-birinin ardınca məğlubiyyətlərdən xilas etmək cəhdidir", - əl-Kablaui deyib.
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: