Türkiyə F-16-larının əzələ nümaişi -
səbəb Liviyadakı Rusiya Miq-29 və Su-24-ləridir
“Sülh qartalı” adlanan təlimlərdə 17 təyyarə və səkkiz döyüş gəmisi iştirak edir. Təlimdə E-7T adlı havada təcili xəbərdarlıq və nəzarət təyyarəsinin iştirak etməsi də diqqət çəkib.
İyunun 11-də başlanan təlimlərdə iştirak edən F-16 təyyarələri döyüş ləvazimatları ilə tam təchiz edilmiş formadadır. Bununla yanaşı, F-16-ların havadan-havaya zərbə endirmək üçün istifadə olunan raketlərlə də təzhiz edilməsi diqqətdən yayınmayıb. Bu raketlər havadan gələn təhlükələrə qarşı istifadə olunur.
Türkiyəli yazar Seyfettin Ersöz hesab edir ki, təlimdə havadan-havaya zərbə raketlərinin istifadə olunması Rusiyanın Liviyaya təyyarə göndərməsinə qarşı mesajdır.