“Udan Ərdoğan və Putin oldu” –
“France”nin direktorundan Makrona ağır sözlər /Video
“Prezident Makron Liviyada Türkiyəyə dərs keçmək gücündə deyil”.
Bunu Fransa dövlət radiosu “France”nin direktoru Jan-Mark For deyib.
O, Fransadan fərqli olaraq, Türkiyənin BMT tərəfindən tanınan hökumət qüvvələrinə dəstək verdiyini də bildirib: “Bu məsələdə Ankara Parisdən daha çox beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Yəni Liviyada təhlükəli oyun oynayan Fransadır. Fransa yanlış ata oynadı – Haftara dəstək verməklə uduzdu”.
Fransız jurnalist Avropa İttifaqının Suriyada olduğu kimi, Liviyada da oyundan kənarda qaldığını qeyd edib: “Liviyada artıq iplər Rusiya və Türkiyənin əlindədir. Başqa sözlə, Fransanın indiyədək Liviyada yürütdüyü siyasət fiaksoya uğradı. Bundan qürur duymaq üçün bir səbəb yoxdur”.