ABŞ daha dünya lideri olmaq istəmir? -
Almaniya kansleri şübhə edir
Almaniya kansleri Angela Merkel bəyan edib ki, əgər Amerika Birləşmiş Ştatları (ABŞ) könüllü olaraq, dünya lideri rolundan imtina edərsə, «yeni reallıqlar» yaranacaq.
Britaniyanın «The Guardian» nəşrinə verdiyi müsahibədə kansler qeyd edib ki, Avropa ölkələri yeni şəraitə və çağırışlara ciddi hazırlıq görməlidirlər - o cümlədən, hərbi planda. NATO-nun Avropa ölkələrini qoruması üçün Merkel xüsusilə, Almaniyanın hərbi potensialının artırılacağını vəd edib.
«Biz, müəyyən düşüncələrlə böyümüşük ki, Birləşmiş Ştatlar dünya lideri olmaq istəyir. Əgər ABŞ indi bu rolu oynamaqdan imtina edərsə, biz, bunun üzərində ciddi düşünməli olacağıq» - kansler bildirib.
Alman lider NATO-nun «ümumi nüvə çətiri» missiyasının saxlanmasına sadiqliyini də bəyan edib, amma təhlükələr barədə daha detallı danışmaq istəməyib.