Hindistan Çinlə sərhədə yeni müdafiə sistemləri yığır -
“Apaçi” vertolyotları, MiQ-29 qırıcıları, "Yaquar"lar...
Hindistan Çinlə yaşanan son gərginlikdən sonra Himalay dağlarında yerləşən Ladakx bölgəsinin müdafiəsini gücləndirməyə başlayıb.
"Times of İndia" xəbər verir ki, Çin qırıcı təyyarələri və helikopterlərinin yaratdığı problemin qarşısını almaq üçün Hindistanın müdafiə sistemləri bölgəyə yerləşdirilib.
Hindistanın orta mənzilli raket sistemi "Akaş"ı Çinlə sərhədə yerləşdirdiyi bildirilib.
Qeyd edək ki, ötən həftə Hindistan Ladakx bölgəsində yerləşdirdiyi “Apaçi” vertolyotları və qırıcılarının sayını artırmışdı. Əraziyə həmçinin Su-30 MKİ, MiQ-29 və "Yaquar"lar da göndərilmişdi.
Oxunub: 1 708
Xəbəri paylaş
Paylaş: