"Trampın Ruhani ilə görüşməsinə imkan vermədim...”
Globall.az-ın “TheTimes of İsrail” nəşrinə istinadla verdiyi xəbərə görə, bu müddət ərzində o, ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək.
Lissabona enişdən öncə jurnalistlərlə söhbətində Netanyahu sanksiyaların İrandakı iqtisadi vəziyyəti pisləşdirdiyini, "rejim üçün daha da böyük siyasi problemlər yaratdığını" söyləyib. O vurğulayıb ki, İranı zəiflətmək İsrailin “əsas hədəflərindən” biridir və məhz buna görə də axşam Pompeo ilə görüşəcəkdir.
İsrail rejiminin rəhbəri eyni zamanda ABŞ prezidenti Donald Tramp və iranlı həmkarı Həsən Ruhaninin sentyabr ayında BMT Baş Məclisindəki görüşünə mane olduğunu da açıqlayıb. Netanyahunun fikrincə, belə bir görüş yalnız İranı gücləndirə və Tehranın davranışlarını dəyişdirmək səylərini zəiflədə bilər.