NATO sammiti: Türkiyə, Rusiya, Çin və pul məsələsi
İndi ABŞ Türkiyədən 50 taktiki nüvə döyüş başlıqlarını çıxarmaq məsələsini nəzərdən keçirir (onların hamısı hələ də İncirlik hərbi-hava bazasındadır). Amerikalılar həmçinin Ankaranın Rusiyadan S-400 ZRK-nı almasına mane ola bilmədilər.
“Sülh bulağı” əməliyyatına başlamaqla Türkiyə ABŞ-ı Suriyadan öz qoşunlarını çıxarmağa məcbur etdi. Bu, Vaşinqtonun kürdyönümlü “Demokratik Suriya Qüvvələri”nin rəhbərliyi ilə münasibətlərini ciddi surətdə korladı. Əlbəttə, amerikalılar Suriya kürdlərini silah-sursatla təchiz etməyə və Deyr-əz-Zor əyalətinin şərqində SDQ ilə əməkdaşlığa davam edirlər. Lakin onların Suriyadakı təsir dairəsi ciddi azalıb və amerikalıların fikrincə, buna görə türk tərəfi məsuliyyət daşıyır.
Bundan əlavə, sammit ərəfəsində Prezident Ərdoğan alyans rəhbərliyinə təzyiq göstərdi. Türkiyənin təşkilatdakı nümayəndəsi Baltika ölkələri və Polşanın müdafiəsi üzrə planı bloklayaraq kürd silahlı dəstələrini terrorçu təşkilat saymağı tələb etdi.
Çin, Rusiya və silahlanmaya nəzarət
Avropada, xüsusilə də Almaniyada müşahidə olunan müqavimət ABŞ-ın ortamənzilli raketləri yerləşdirmnato*qək planını ləngidir. Qeyd edək ki, Vaşinqtonun bu planı onun ortamənzilli və qısamənzilli raketlərin məhvinə dair sazişdən çıxmasından sonra mümkün olub. Tramp isə sammit zamanı söz verib ki, bu sahədə yeni sazişin imzalanması üçün Moskva ilə konsultasiyalara başlayacaq.
Ümumilikdə NATO daxilində Rusiya ilə münasibətlərlə bağlı fikir ayrılığı böyüməkdədir. Şərqi və Mərkəzi Avropa ölkələri əsasən Moskvadan çəkinirlər və öz təhlükəsizliklərinin təminatını tələb edirlər (bunu ən çox Baltikyanı ölkələr və Polşa edirlər). Lakin digər ölkələr, o cümlədən Fransa, Almaniya və İtaliya hərbi gərginliyin azaldılmasında və Rusiya ilə tərəfdaş münasibətlərin qurulmasında maraqlıdırlar.
Sammit zamanı ilk dəfə olaraq Çini NATO üçün potensial problem adlandırılıb. Stoltenberq qeyd edib ki, ÇXR-in yüksəlməsi həm problemlər, həm də yeni imkanlar yaradır.
“Çin yeni hərbi imkanlara fəal şəkildə investisiyalar qoyur və bu gün ABŞ-dan sonra dünyada ikinci ən böyük hərbi büdcəyə sahibdir. Bu yaxınlarda bu ölkə yeni hərbi imkanlar, o cümlədən yeni nüvə silahları əldə edib. Biz bütün bunlara birlikdə cavab verməliyik”, - o deyib.
Başqa nəyi qeyd etmək olar? Əlbəttə ki, ABŞ ümumilikdə NATO üzərində nəzarəti saxlayır. Alyansa Şimali Makedoniyanın qoşulması prosesi də uğurla davam edir. NATO ölkələri həmçinin kosmosu alyansın əməliyyat fəaliyyəti üçün beşinci nüfuz dairəsi kimi təsdiqləyiblər, kiberhücumlar və hibrid təhdidlərlə mübarizə üçün texnoloji potensialı artırmaq niyyətindədirlər.