“BİRİNCİ DÜNYA MÜHARİBƏSİNƏ OXŞAR SİTUASİYA YARANIB” -
Kissincer xəbərdarlıq edir
ABŞ və SSRİ arasında gərginliyin azaldılması siyasətinin müəlliflərindən biri olan Henri Kissincer bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin arasındakı «soyuq müharibə»dən narahatlıq keçirir. Eks-dövlət katibi xəbərdarlıq edib ki, dünyada Birinci Dünya Müharibəsi dövründəkinə oxşar situasiya yaranır.
ABŞ və Çin geopolitik qarşıdurmanın hüdudlarını müəyyən etməlidirlər, əks halda dünya Birinci Dünya Müharibəsindən əvvəlki vəziyyətə düşəcək.
«Bloomberq»in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın eks-dövlət katibi Nyu-York İqtisadi klubunun təşkil etdiyi virtual diskusiyanın gedişində bəyan edib.
Vaşinqton və Pekin «oyun qaydaları» barədə razılığa gəlməli və bu qaydalara əməl etməlidirlər.
«Siz, deyə bilərsiniz ki, bu, tamamilə mümkün deyil. Amma əgər bu, tamamilə mümkün deyilsə, biz, Birinci Dünya Müharibəsi situasiyasına düşəcəyik» - Kissincer bəyan edib.
Eks-dövlət katibi qeyd edib ki, Çin və ABŞ arasında gedən yeni «soyuq müharibə»dən getdikcə daha çox narahat olur. Bu münaqişənin meydana çıxmasını o, geopolitik landşaftı dəyişən yeni texnologiyaların ortaya çıxması ilə izah edib. Kissincer hesab edir ki, müasir dünyada Amerikaya yeni düşüncə tərzi və anlamaq lazımdır: «Dünya bunun üçün həddindən artıq mürəkkəbdir ki, bir ölkə iqtisadiyyatda və strateji sferada hegemonluğu əlində saxlasın».
Kissincer dəfələrlə Vaşinqtonu qeyd-şərtsiz hegemonluq siyasətindən imtina etməyə çağırıb.
2017-ci ilin iyununda o, Sergey Lavrovla görüşü zamanı bəyan edib ki, ABŞ dünyada dominant mövqe qurmaq istəyir, Rusiya isə öz maraqlarını müdafiə edir.