Rusiya freqatlari Araliq dənizinə doğru üzür -
"Kalibr" raketləri daşıyır
Rusiya Hərbi-Dəniz Qüvvələri (HDQ) Qara dəniz donanmasının freqatları - «Admiral Makarov» və «Admiral Qriqoroviç» (11356 P/M layihəsi) Bosfor və Dardanel boğazlarını keçərək, Aralıq dənizinə doğru üzürlər. Bu barədə fevralın 28-də Qara dəniz donanması informasiya təminatı şöbəsindən xəbər verilib.
«Eyni vaxtda Qara dəniz donanmasıın iki freatı Türkiyə boğazlarını (Bosfor və Dardanel) keçərək, Aralıq dənizinə doğru üzürlər. «Admiral Makarov» və «Admiral Qrioroviç» freqatları yüksək dəqiqlikli silahlarla - «Kalibr-NK» raket kompleksləri ilə təchiz olunublar. Onlar plan üzrə Sevastopoldan uzaq dəniz zonasına keçid edirlər və HDQ-nin Aralıq dənizindəki daimi qruplaşmasının tərkibinə qatılacvqlar» - deyə, hərbi idarədən qeyd edəblər. Gəmilərin ekipajı Qara dənizdə kompleks hərbi təlimləri yerinə yetiriblər.
Qara dəniz donanmasının üçüncü freqatı - «Admiral Essen» 2019-cu ilin dekabrından Aralıq dənizində tapşırıqları yerinə yetirir.
Xatırladaq ki, Suriyanın Tartu limanında Rusiya HDQ-nin hərbi bazası yerləşir.
Globall.az